Sabah: Türkiyə Finlandiya və İsveçə NATO-ya üzv olmaq üçün tələbləri əks etdirən manifest göndərəcək 18 May 2022, 13:32 (GMT +4) Bakı, 18 may, SalamNews. Türkiyə Finlandiya və İsveçə NATO-ya daxil olmaq üçün on şərtdən ibarət manifest göndərəcək.
SalamNews xəbər verir ki, bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ankara Stokholm və Helsinkidən PKK və onun qadağan olunmuş “törəmələrinin” “terror təşkilatı” olması məsələsində Türkiyəyə dəstək vermələrini istəyəcək.
Ankara Finlandiya və İsveçi Türkiyə dövlətinin terrorçu hesab etdiyi təşkilatların üzvlərini parlamentlərinə qəbul etməməyə çağırıb.
Bundan əlavə, Ankara Fətullah Gülənin rəhbərlik etdiyi təşkilatların üzvlərinin “fəaliyyətini” dayandırmağı tələb edir.
Ankara İsveç və Finlandiyanı terrorizmlə mübarizə etmək üçün Türkiyə tərəfi ilə müntəzəm məsləhətləşmələr və sıx əməkdaşlıq edəcək mexanizm yaratmağa dəvət edir.
|