Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AAYDA: Bakının Tofiq Abbasov küçəsi əsaslı təmir edilir

18 May 2022, 17:36 (GMT +4)

Bakı, 18 may, SalamNews. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonundakı Tofiq Abbasov küçəsini son mərhələ üzrə əsaslı təmir edir.

SalamNews xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri küçənin Azər Manafov və Əli Vəliyev küçələri arasında yerləşən 640 metrlik hissəsində aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin eni ortalama 9 metr təşkil edir.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi işləri icra olunur. Sadalanan təmir işləri 8 min kv. metrə yaxın sahəni əhatə edib.

Əsaslı təmir işləri çərçivəsində Tofiq Abbasov küçəsinin Əli Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin rahat və təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət axınının istiqamətləndirilməsi üçün işlərin aparılması nəzərdə tutulur.

Bundan başqa sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin xüsusi parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5,5 km təşkil edən 7 küçə təmir edilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2022, 00:44 (GMT +4)
Çempionlar Liqası: I təsnifat mərhələsinin oyunları start götürüb

06 İyul 2022, 00:27 (GMT +4)
“Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur - Qurban Qurbanov

05 İyul 2022, 23:55 (GMT +4)
Çempionlar Liqası: "Qarabağ" "Lex"ə uduzub - (YENİLƏNİB)

05 İyul 2022, 23:19 (GMT +4)
Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var - Elmar Baxşıyev

05 İyul 2022, 23:03 (GMT +4)
"Fənərbaxça" "Qəbələ"nin rəqibinə qalib gəlib

05 İyul 2022, 22:39 (GMT +4)
İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri müəyyənləşib

05 İyul 2022, 22:21 (GMT +4)
Niderland millisinin üzvü "Beşiktaş"la anlaşıb

05 İyul 2022, 21:09 (GMT +4)
"Zirə" yeni futbolçusunu təqdim edib

05 İyul 2022, 20:42 (GMT +4)
Yoxlama oyunu: "Qəbələ" "Qaziantep"ə məğlub olub

05 İyul 2022, 18:00 (GMT +4)
Məktəblərdə boş olan direktor vəzifəsinə 120 nəfər sənəd verib

05 İyul 2022, 17:50 (GMT +4)
Sabah Ucarın qaz təchizatında fasilə yaranacaq

05 İyul 2022, 17:40 (GMT +4)
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

05 İyul 2022, 17:35 (GMT +4)
Putin ev heyvanları üçün yemlərin yerli istehsalının artırılması təşəbbüsünü dəstəkləyib

05 İyul 2022, 17:23 (GMT +4)
İran Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasındakı qarşıdurmlara münasibət bildirib

05 İyul 2022, 17:20 (GMT +4)
Zelenski: Belarus Ukrayna münaqişəsinə cəlb oluna bilər

05 İyul 2022, 17:10 (GMT +4)
Bərdə polisinə yeni rəis müavini təyin edilib

05 İyul 2022, 17:00 (GMT +4)
Stoltenberq: Putin NATO-ya qapını bağlamağa çalışıb

05 İyul 2022, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada daha 49 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

05 İyul 2022, 16:42 (GMT +4)
Peskov Si Tsinpinin Rusiyaya səfərdən imtina etməsini təkzib edib

05 İyul 2022, 16:36 (GMT +4)
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar 25% artıb

05 İyul 2022, 16:26 (GMT +4)
Türkiyə prezidenti tezliklə İrana rəsmi səfərə gedəcək

05 İyul 2022, 16:20 (GMT +4)
Bakı Olimpiya Stadionunda VAR layihəsi ilə əlaqədar seminar keçirilib - (FOTOLAR)

05 İyul 2022, 16:17 (GMT +4)
Kür çayından ölkəyə daxil olan su 27 faiz azalıb

05 İyul 2022, 16:07 (GMT +4)
PSJ-nin baş məşqçisi istefaya göndərilib

05 İyul 2022, 16:03 (GMT +4)
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib (VİDEO)

05 İyul 2022, 16:03 (GMT +4)
Medvedyev G7-nin təklifinə cavab olaraq Yaponiyaya xəbərdarlıq edib

05 İyul 2022, 15:53 (GMT +4)
“Neftçi”nin Boludakı ilk matçının başlama saatı dəyişdirilib

05 İyul 2022, 15:52 (GMT +4)
ARDNF I yarımildə büdcə proqnozuna 73% əməl edib

05 İyul 2022, 15:42 (GMT +4)
Stoltenberq: İsveç və Finlandiyanın NATO-ya qoşulması üçün ratifikasiya prosesi başlayıb

05 İyul 2022, 15:38 (GMT +4)
Türkiyənin “Cumhuriyet” qəzetinin müəllifi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını NATO-nun genişlənməsinə cavab olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66