ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyəti Bakıya gəlib18 May 2022, 16:33 (GMT +4) Bakı, 18 may, SalamNews. “Bu gün səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb”.
SalamNews xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.
"ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı təbridlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur", - diplomatik korpus qeyd edib.
|