Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Doktorantura və dissertanturaya qəbul imtahanlarının tələbləri açıqlanıb

19 May 2022, 15:56 (GMT +4)

Bakı, 19 may, SalamNews. Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən SalamNews-a bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

Esse seçilmiş xarici dildə olub mövzunun adına uyğun işlənməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 200-250 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Üslubu publisistik olmalı;

Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;

Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;

Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 150-180 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Elmi-publisistik üslubda olmalı;

Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;

Akademik yazı qaydalarına əməl edilməlidir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2022, 21:03 (GMT +4)
Bu gün İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

06 İyul 2022, 18:01 (GMT +4)
Sorğuda iştirak edən Almaniya vətəndaşlarının əksəriyyəti Şoltsun Ukraynadakı vəziyyəti qiymətləndirməsindən narazıdır

06 İyul 2022, 17:54 (GMT +4)
"Zəngəzur Aqro Park" yaradılıb

06 İyul 2022, 17:44 (GMT +4)
Böyük Britaniyanın baş naziri istefası üçün şərtini açıqlayıb

06 İyul 2022, 17:43 (GMT +4)
Bakıda havanı çirkləndirən restoranlar cərimələnib

06 İyul 2022, 17:33 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

06 İyul 2022, 17:24 (GMT +4)
“Caspian Energy Club”, TÜİB və ATİB arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

06 İyul 2022, 17:23 (GMT +4)
İyulun 14-dən MİQ-in test imtahanı mərhələsi başlayır

06 İyul 2022, 17:13 (GMT +4)
Şolts: Kiyev üçün təminatlar NATO-nun kollektiv müdafiəsi ilə bağlı maddə ilə eyni ola bilməz

06 İyul 2022, 17:03 (GMT +4)
Binəqədi Gənclər Evində "Əsas Həyat Bacarıqları 8" layihəsinin açılış mərasimi keçirilib (FOTO)

06 İyul 2022, 17:00 (GMT +4)
Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

06 İyul 2022, 16:48 (GMT +4)
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub

06 İyul 2022, 16:38 (GMT +4)
Peskov Roma Papasının Moskvaya səfəri ilə bağlı əsaslı təmasların olmadığını bildirib

06 İyul 2022, 16:28 (GMT +4)
Şahin Mustafayev İranın energetika naziri ilə görüşüb

06 İyul 2022, 16:18 (GMT +4)
Vilayət Eyvazov Türkiyənin nümayəndə heyətini qəbul edib

06 İyul 2022, 16:08 (GMT +4)
Azərbaycan və İran SES-lərlə bağlı işləri sürətləndirəcək

06 İyul 2022, 16:08 (GMT +4)
Kreml: Rusiya taxılına dünya bazarlarında tələbat var

06 İyul 2022, 15:58 (GMT +4)
Gürcüstandan külli miqdarda dərmanların ölkəyə gətirilməsinin qarşısı alınıb

06 İyul 2022, 15:48 (GMT +4)
Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb

06 İyul 2022, 15:38 (GMT +4)
Qətərin xarici işlər naziri nüvə və region danışıqlarını canlandırmaq üçün Tehrana gedib

06 İyul 2022, 15:37 (GMT +4)
Avropa Komissiyası Rusiya qazından tamamilə imtina edəcəyi təqdirdə fövqəladə vəziyyət planı hazırlayır

06 İyul 2022, 15:28 (GMT +4)
Azərbaycan vergi sahəsində 94 beynəlxalq müqavilə bağlayıb

06 İyul 2022, 15:18 (GMT +4)
Avstriya kansleri “Qazprom”un Haydakdakı qaz anbarının başqa operatora təhvil verildiyini elan edib

06 İyul 2022, 15:08 (GMT +4)
Azərbaycanda sayt rəhbəri tutulub

06 İyul 2022, 14:58 (GMT +4)
Qazaxıstanda neft-qaz yatağında baş verən partlayış nəticəsində 2 nəfər ölüb

06 İyul 2022, 14:48 (GMT +4)
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı açıqlama yayıb

06 İyul 2022, 14:38 (GMT +4)
Bugünkü imtahandan 6 nəfərdə mobil telefona görə xaric olunub

06 İyul 2022, 14:35 (GMT +4)
Rusiya buğda aparan gəmisinin Türkiyə tərəfindən saxlanılmasını təkzib edib

06 İyul 2022, 14:28 (GMT +4)
Lavrov: Qərb Donbassda dinc əhalinin ölümünə görə məsuliyyətini dərk etməlidir

06 İyul 2022, 14:18 (GMT +4)
FHN: Kür çayında 16 yaşlı gənc batıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66