Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” müsabiqələrinin finalçıları məlum olub

19 May 2022, 11:27 (GMT +4)

Bakı, 19 may, SalamNews. “TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan tələbələri arasında keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” və türkiyəli gənclərin də qatıldığı “Pilotsuz Uçuş Aparatları” yarışlarının finalçıları məlum olub.

Azərkosmosun tərəfdaşlığı və təşkilatçılığı ilə keçirilən hər iki müsabiqənin finalçıları “TEKNOFEST Azərbaycan” layihəsinin seçim meyarlarına uyğun müəyyən edilib.

“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi üzrə 23 komandadan 7-si “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Video hesabatın hazırlanması” mərhələlərini uğurla başa vuraraq “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. “Uçuş və uçuş sonrakı hesabat” mərhələsində Azərbaycanın Milli Aviasiya Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universitetindən olan komandalar öz peyk modellərini səmaya buraxmaq şansı əldə ediblər.

Beynəlxalq səviyyədə baş tutan “Pilotsuz Uçuş Aparatları” yarışında isə Azərbaycan və Türkiyədə yerləşən 45 universitetdən ümumilikdə 130 komanda qeydiyyat üçün müraciət edib. Onlardan 14 komanda yarışın “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Video hesabatın hazırlanması” mərhələlərinin şərtlərinə tam cavab verərək “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. Onlardan 10-u Azərbaycan, 4-ü Türkiyə komandasıdır. Onlar “Uçuş və uçuş sonrakı hesabat” mərhələsində öz modellərinin missiyalarını nümayiş etdirəcəklər. Azərbaycanın Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetindən, Türkiyənin isə Yıldız Teknik Universiteti və “Türk Hava Kurumu” Universitetinin tələbələri iştirak haqqı qazanıblar.

26 – 29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalının mükafatlandırma günündən öncə – 23 və 24 mayda “Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” yarışları üzrə finala keçən komandalar Hacıqabul rayonu ərazisindəki aerodromda uçuşlar həyata keçirəcəklər. Uçuşları uğurla bitirən komandalar 28 mayda “Bakı Kristal Zalı”nda baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, bu müsabiqələr tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqların formalaşdırılması məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bundan əlavə, komandalar verilmiş tapşırıqlara innovativ yanaşma, komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqları da əldə edirlər.

Həm peyk modelləşdirilməsi, həm də pilotsuz uçuş aparatları müsabiqələrində qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə, inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqlara yiyələnirlər.

Azərkosmos haqqında

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Daha ətraflı məlumatı veb-saytımızdan ala bilərsiniz.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 İyun 2022, 17:09 (GMT +4)
Rusiya Futbol İttifaqının prezidenti dəyişib

27 İyun 2022, 17:02 (GMT +4)
G7 ölkələrinin liderləri Ukraynaya dəstək haqqında birgə bəyanat qəbul ediblər

27 İyun 2022, 16:54 (GMT +4)
DİN: Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib

27 İyun 2022, 16:45 (GMT +4)
Rusiya Kanadanın 43 vətəndaşına qarşı sanksiya tətbiq edib

27 İyun 2022, 16:39 (GMT +4)
Boksçularımız beynəlxalq turnirdən 7 medalla qayıdır

27 İyun 2022, 16:35 (GMT +4)
“Yaxın Şərq NATO-su"nun məqsədi sabitliyi pozmaq və silah satmaqdır – İran

27 İyun 2022, 16:32 (GMT +4)
ZDF: Şolts Putinin iştirakına görə G20 sammitininin işini dayandırmamağa çağırıb

27 İyun 2022, 16:25 (GMT +4)
DYP yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

27 İyun 2022, 16:16 (GMT +4)
Kreml: Rusiyada təhlükəsizlik tədbirləri maksimal şəkildə gücləndirilib

27 İyun 2022, 16:07 (GMT +4)
FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

27 İyun 2022, 16:04 (GMT +4)
“Çelsi” Petr Çexlə vidalaşıb

27 İyun 2022, 15:47 (GMT +4)
Beynəlxalq Əfv Təşkilatı Talibanın həzarələrin yaşadığı rayona hücumu barədə xəbərdarlıq edib

27 İyun 2022, 15:44 (GMT +4)
DİN: Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb

27 İyun 2022, 15:34 (GMT +4)
Ərdoğan administrasiyası: Türkiyə Ukraynadakı münaqişənin uzadılmasının tərəfdarı olmayacaq

27 İyun 2022, 15:24 (GMT +4)
Kasım-Jomart Tokayev avqustda Azərbaycana gələcək

27 İyun 2022, 15:12 (GMT +4)
Bakıda İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin iclası keçirilir

27 İyun 2022, 15:02 (GMT +4)
CNN: ABŞ Ukraynanı orta və uzun mənzilli raketdən müdafiə sistemləri ilə təmin edəcək

27 İyun 2022, 15:00 (GMT +4)
UEFA “Qarabağ” – “Lex” matçının hakimlərini açıqlayıb

27 İyun 2022, 14:51 (GMT +4)
Bakıda metro yaxınlığında velosipedləri oğurlayan şəxslər tutulub - VİDEO

27 İyun 2022, 14:40 (GMT +4)
Yeddi hərbçinin edam edilməsindən sonra Sudan-Efiopiya sərhədində vəziyyət gərginləşib

27 İyun 2022, 14:27 (GMT +4)
Conson: Ölkənin cənub-şərqində Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti “çox çətin”dir

27 İyun 2022, 14:16 (GMT +4)
İlham Əliyev: Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir

27 İyun 2022, 14:05 (GMT +4)
Gürcüstan Rusiya ilə sərhəddəki gömrük məntəqəsini müvəqqəti bağlayıb

27 İyun 2022, 13:55 (GMT +4)
Prezident: İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb

27 İyun 2022, 13:43 (GMT +4)
Die Welt: Putin Qərb üçün yeni “xammal tələsi” hazırlayır

27 İyun 2022, 13:33 (GMT +4)
Netanyahu İsraildə yenidən baş nazir olmaq yolunda ciddi maneələrlə üzləşib

27 İyun 2022, 13:30 (GMT +4)
DİN: Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb

27 İyun 2022, 13:23 (GMT +4)
İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”

27 İyun 2022, 13:13 (GMT +4)
Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

27 İyun 2022, 13:01 (GMT +4)
Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66