Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM tərəfindən keçirilən imtahanlarda imtahan rəhbəri və ümumi rəhbər qismində iştirak edən şəxslərlə görüş keçirilib

19 May 2022, 17:17 (GMT +4)

Bakı, 19 may, SalamNews. Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlara cəlb olunan Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarının əməkdaşları, həmçinin dövlət qurumları, idarə və təşkilatlarda, təhsil müəssisələrində çalışan şəxslər iştirak ediblər.

Görüşdə imtahanların təşkili, iştirakçılar üçün zəruri şəraitin yaradılması, imtahanlarda baş verən hallar və s. məsələlər müzakirə olunub.

Dövlət İmtahan Mərkəzinin İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov bildirib ki, mərkəz tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilib. İmtahanlarda, həmçinin fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) iştirakçılar üçün də xüsusi şərait yaradılır. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılır, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilir. Eşitmə əngəlli şagirdlər üçün dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanır. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün xüsusi şərait yaradılır.
İmtahanlara hazırlıq tədbirləri çərçivəsində tədris ilinin əvvəlində imtahan keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinin hamısına baxış keçirilir. Hər bir imtahan binasının seçilməsi zamanı imtahan iştirakçıları üçün rahat olan mərkəzlərə uyğun dislokasiyalar müəyyənləşdirilir. İmtahan mərkəzlərində təbii havalandırma, işıqlandırma, təmizlik və dezinfeksiyası və s. istiqamətlərdə mövcud vəziyyət öyrənilir və bu istiqamətdə zəruri işlər görülür. İmtahanlarda təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılır. İmtahandan 1 gün qabaq bütün binalara yenidən baxış keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. İmtahan günü asayişin qorunması, fövqəladə hallar, təcili tibbi yardımla bağlı müvafiq qurumlarla əlaqəli və koordinasiyalı şəkildə fəailləyyət təşkil olunur.

Mərkəz tərəfindən, həmçinin imtahanlardan öncə yeni və təcrübəsi az olan nəzarətçilər, imtahan rəhbərləri üçün təlimlər keçirilir. Burada iştirakçılara imtahanların təşkili və idarəedilməsi, zal nəzarətçiləri, imtahan rəhbərləri və digər şəxslərin vəzifələri və funksiyaları, eləcə də səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları haqqında məlumatlar verilir.

Xatırladaq ki, DİM bir neçə ildir zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesini həyata keçirir. Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq müsahibəyə dəvət olunur. Daha sonra namizədlərə ümumi intellekt səviyyəsinin yoxlanılmasına aid tapşırıqlar və onların şəxsi keyfiyyətlərinin (emosional davamlılıq, əzmkarlıq, məsuliyyətlilik və s.) qiymətləndirilməsi üçün psixometrik testlər təqdim olunur. Bu mərhələdən uğurla keçənlər təlimlərə cəlb olunur. Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün test imtahanına cəlb olunurlar. İmtahanlardan uğur əldə edənlər zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilir. Qeyd edək ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.

İmtahanlarda təkrar olunan qayda pozuntularına toxunun A.Bağırov daha çox sənədlərin qaydasında olmaması, gecikmə halları, imtahana mobil telefonla və “ağıllı” saatla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi və s. hallara rast gəlindiyini söyləyib.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən, eləcədə vəsiqənin əsli deyil surəti ilə imtahana gələnlərin sayı daha çox olur. İmtahan iştirakçıları sənədləri ilə diqqətli olmalıdırlar. Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar isə vaxtında oxuduqları təhsil müəssisəsinə müraciət edib müvafiq arayış almalıdırlar (arayışda şagirdin şəkli yapışdırılır və möhürlə təsdiqlənir). “Bəzən vəsiqədə olan şəkillə imtahan iştirakçısının cari vəziyyətini əks etdirən üz cizgiləri arasında fərqlər müşahidə olunur. Ona görə də imtahan iştirakçılarına əvvəlcədən buna fikir verməyi və zərurət olduğu təqdirdə vəsiqələrini dəyişməyi tövsiyə edirik” - deyə Azər Bağırov bildirib.

İştirakçıların imtahan binasının önünə vaxtında gəlməsi də diqqət yetirilməli olan məsələlərdən biridir. Mərkəz tərəfindən keçirilən imtahanlarda onun başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Ona görə də buraxılış rejiminin rahat şəkildə həyata keçirilməsi üçün imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

Qeyd olunan qaydaların pozulması abituriyentlərin imtahan nəticələrinin ləğv edilməsinə gətirib çıxara bilər. Xüsusilə imtahan iştirakçısında mobil telefon aşkar edildikdə, köçürməyə cəhd etdikdə və ya imtahan materiallarını nəzarətçiyə təhvil vermədən özü ilə apardıqda nəticələr ləğv olunur.

A.Bağırov qeyd edib ki, həm imtahan binasına daxil olan zaman, həm imtahan müddətində, həm də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları Mərkəz tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

İclasda imtahan rəhbərləri də imtahan prosesinin idarəolunması ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyun 2022, 14:40 (GMT +4)
DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib

29 İyun 2022, 14:30 (GMT +4)
Səudiyyədə tanınmış komandanın ikinci liqaya düşməsinə görə 12 azərkeş insult keçirərək vəfat edib

29 İyun 2022, 14:23 (GMT +4)
Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub (FOTO)

29 İyun 2022, 14:13 (GMT +4)
Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb (FOTO)

29 İyun 2022, 14:01 (GMT +4)
Bayden: ABŞ Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir

29 İyun 2022, 13:50 (GMT +4)
AQTA: 70 ölkədən quşçuluq məhsullarının gətirilməsi məhdudlaşdırılıb

29 İyun 2022, 13:39 (GMT +4)
Finlandiya prezidenti: Rusiya ilə münasibətləri bərpa etmək üçün onilliklər lazım olacaq

29 İyun 2022, 13:30 (GMT +4)
DİN: Abşeronda quldurluq edən iki nəfər saxlanılıb

29 İyun 2022, 13:20 (GMT +4)
Ölkələr Ukrayna böhranının mənşəyini öyrənməli və qarşısını almalıdırlar – İranın müdafiə naziri

29 İyun 2022, 13:12 (GMT +4)
Şolts Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sualdan sonra gülüb

29 İyun 2022, 13:01 (GMT +4)
Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü olub

29 İyun 2022, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 İyun 2022, 12:41 (GMT +4)
“Varlığımızı qoruyanların sağlamlığını qorumaq borcumuzdur” adlı xeyriyyə aksiyası keçirilib (FOTO)

29 İyun 2022, 12:30 (GMT +4)
Susuz gənc Sudan səhrasında ölümündən öncəki anları lentə alıb (VİDEO)

29 İyun 2022, 12:23 (GMT +4)
Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı BMT-dəki hüquqlarından məhrum etməyə çağırıb

29 İyun 2022, 12:11 (GMT +4)
Yük maşınını təmir etmək istəyən sürücü canından oldu (VİDEO)

29 İyun 2022, 12:01 (GMT +4)
Belçikanın baş naziri: NATO Zelenskiyə bildirib ki, münaqişə “yalnız döyüş meydanında” həll olunmalıdır

29 İyun 2022, 12:00 (GMT +4)
Rahid Əmirquliyev: Ötən mövsüm çıxışımız uğurlu alınmadı

29 İyun 2022, 11:52 (GMT +4)
Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

29 İyun 2022, 11:43 (GMT +4)
Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri son oxunuşda qəbul edib

29 İyun 2022, 11:34 (GMT +4)
İordaniya İsraillə hərbi müttəfiqliklə bağlı xəbərlərə münasibət bildirib

29 İyun 2022, 11:22 (GMT +4)
Stoltenberq Putinə Rusiya sərhədlərində “daha ​​çox NATO” vəd edib

29 İyun 2022, 11:12 (GMT +4)
FHN: Bakıda yanğın olub, iki körpə ölüb

29 İyun 2022, 11:00 (GMT +4)
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb

29 İyun 2022, 10:50 (GMT +4)
İşğal altında olan Cenində yenidən qarşıdurma baş verib, fələstinlilərdən ölən və yaralananlar var

29 İyun 2022, 10:45 (GMT +4)
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib (VİDEO)

29 İyun 2022, 10:33 (GMT +4)
Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlük razılaşması münasibətilə təbrik edib

29 İyun 2022, 10:22 (GMT +4)
HƏMAS əsir götürdüyü israillilərdən birinin görüntülərini yayaraq qarşı tərəfə mesaj verib (VİDEO)

29 İyun 2022, 10:12 (GMT +4)
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

29 İyun 2022, 10:03 (GMT +4)
Prezident İlham Əliyev Türkmənistana səfər edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66