Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində keçirilən dəyirmi masaya həmsədrlik edib

19 May 2022, 12:43 (GMT +4)

Bakı, 19 may, SalamNews. Mayın 17-20-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkil edilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Miqrasiya üzrə Qlobal Paktın 23 məqsədinə həsr olunan və adıçəkilən Paktın icrası istiqamətində bütün səviyyələrdə əldə olunan təcrübəni nəzərdən keçirmək məqsədilə dörd interaktiv çoxtərəfli dəyirmi masa təşkil edilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) SalamNews-a verilən məlumata görə, hər masaya BMT Baş Assambleyasının Prezidenti tərəfindən müəyyənləşdirilmiş iki üzv dövlətin nümayəndələri tərəfindən həmsədrlik edilib, habelə hər dəyirmi masada interaktiv müzakirəyə rəhbərlik etmək üçün əsas panelistlər təyin olunub. Azərbaycan forum çərçivəsində təşkil olunan dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.

Forumun ikinci günündə keçirilən dördüncü dəyirmi masaya ölkəmiz adından Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə yanaşı, Mərakeş Krallığının BMT yanında daimi nümayəndəsi Omar Hilal həmsədrlik edib. Qeyd olunan dəyirmi masa “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 1-ci (Statistik məlumatlar), 3-cü (Məlumat təminatı), 7-ci (Həssaslığın azaldılması), 17-ci (Ayrı-seçkiliyin aradan qaldırılması) və 23-cü (Beynəlxalq əməkdaşlıq) məqsədlərinə həsr olunub. Azərbaycan tərəfindən həmsədrlik edilən dəyirmi masanın təşkilinə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti dəstək göstərib.

Dördüncü dəyirmi masada əsas çıxışçı qismində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zhenmin çıxış edib. Eyni zamanda qeyd olunan dəyirmi masada Banqladeş Xalq Respublikasının xarici işlər naziri Shahriar Alam, Əhali Tədqiqatları Mərkəzinin direktoru Marcela Cerrutti, Mərakeş Krallığının Milli Hüquq Mühafizə Agentliyinin prezidenti Amina Bouayach, Qarışıq Miqrasiya Mərkəzinin Asiya regional meneceri Themba Lewis, habelə Miqrasiyada Qadınlar Şəbəkəsinin təsisçisi Catherine Tactaquin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Nyu-York ofisinin rəhbəri Craig Mokhiber çıxış ediblər. Panelistlər dəyirmi masanın diqqət mərkəzində olan Miqrasiya üzrə Qlobal Paktın məqsədləri barədə fikir mübadiləsi aparıb, habelə iştirakçıların suallarını cavablandırıblar.

Dəyirmi masaların yekununda Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab Antonio Vitorinonun rəhbərliyi ilə keçirilən siyasi dialoq çərçivəsində dördüncü dəyirmi masanın xülasəsi Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Mərakeş Krallığının nümayəndəsi tərəfindən təqdim olunub.

Forum öz işini BMT Baş Assambleyası Prezidentinin rəhbərliyi altında plenar sessiya ilə davam etdirəcək.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyun 2022, 14:14 (GMT +4)
DİN: Ağdam sakinində narkotik maddə aşkarlanıb

30 İyun 2022, 14:05 (GMT +4)
El Pais: Ukraynadakı hadisələr Aİ-nin NATO-dan asılılığının artmasına səbəb olub

30 İyun 2022, 13:54 (GMT +4)
Azərbaycanda taxıl sahələrinin 49 %-də biçin başa çatıb

30 İyun 2022, 13:44 (GMT +4)
Səudiyyənin Yəmənlə sərhəddə yerləşən strateji hava limanı partlayışlara görə fəaliyyətini dayandırıb

30 İyun 2022, 13:34 (GMT +4)
“Yuventus” Paulo Dibala ilə yollarını ayırıb

30 İyun 2022, 13:33 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür”

30 İyun 2022, 13:23 (GMT +4)
CNN: Nyu York məhkəməsi Donald Trampa məhkəməyə hörmətsizliklə bağlı bəraət verib

30 İyun 2022, 13:12 (GMT +4)
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib

30 İyun 2022, 13:05 (GMT +4)
"Real"dan ayrılan futbolçu "Qalatasaray"a keçə bilər

30 İyun 2022, 13:02 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 İyun 2022, 12:55 (GMT +4)
DİN: Yevlaxda narkotacir polisə xəsarət yetirib

30 İyun 2022, 12:45 (GMT +4)
Gürcü mütəxəssis Kipr millisinin baş məşqçisi təyin edilib

30 İyun 2022, 12:44 (GMT +4)
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

30 İyun 2022, 12:33 (GMT +4)
ABŞ və Taliban Dohada Əfqanıstanın dondurulmuş pulları ilə bağlı danışıqlara başlayıblar

30 İyun 2022, 12:27 (GMT +4)
UEFA Region Kubokunda ilkin seçmə mərhələnin oyunları başa çatıb

30 İyun 2022, 12:25 (GMT +4)
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib

30 İyun 2022, 12:15 (GMT +4)
Zelenski Donbassdakı Ukrayna qoşunları üçün vəziyyəti çətin adlandırıb

30 İyun 2022, 12:09 (GMT +4)
“Qəbələ” yeni mövsüm üçün formalarını təqdim edib - (FOTOLAR)

30 İyun 2022, 12:03 (GMT +4)
Baş Prokurorluq: Müdafiə Nazirliyinin əsgəri bədbəxt hadisə nəticəsində ölüb

30 İyun 2022, 11:54 (GMT +4)
Putin NATO bazalarının Finlandiya və İsveçdə yerləşdirilməsinə güzgülü cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib

30 İyun 2022, 11:44 (GMT +4)
İsraildə Knesset seçkilərinin vaxtı açıqlanıb

30 İyun 2022, 11:43 (GMT +4)
"Neftçi" Türkiyə klubu ilə yoxlama oyunu keçirəcək

30 İyun 2022, 11:40 (GMT +4)
İlham Əliyev: Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir

30 İyun 2022, 11:30 (GMT +4)
Prezident: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi”

30 İyun 2022, 11:20 (GMT +4)
Bayden Ərdoğana F-16 qırıcıları vəd edib

30 İyun 2022, 11:19 (GMT +4)
Güləşçilərimiz U-20 Avropa çempionatında rekord nəticəyə imza atıblar

30 İyun 2022, 11:10 (GMT +4)
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxış edir - CANLI

30 İyun 2022, 11:02 (GMT +4)
İslam təqviminin Həcc, Qurbanlıq və Qədir-xum ayı olan zilhiccə ayı başlayır

30 İyun 2022, 10:52 (GMT +4)
Bakıda və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq

30 İyun 2022, 10:46 (GMT +4)
Nablusda İsrail qüvvələri ilə toqquşmada 23 fələstinli yaralanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66