Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DOST Agentliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında memorandum imzalanıb

19 May 2022, 14:57 (GMT +4)

Bakı, 19 may, SalamNews. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Sənədi DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov imzalayıblar.

ATMU-nun rektoru İlham Mədətov memorandumun qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcəyini bildirib. Onun sözlərinə görə, qısa müddət ərzində sosial sahədə brendə çevrilən DOST Agentliyinin təcrübəsi artıq xarici ölkələr tərəfindən öyrənilir.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vurğulayıb ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə ATMU-nun potensialına böyük ümid etdiyini bildirən Fərid Məmmədov imzalanan memorandumun hər iki qurum üçün müsbət nəticələr gətirəcəyini qeyd edib.

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də memorandumda əksini tapıb.

Razılaşma çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66