Polşanın Baş naziri: Rusiya bilməlidir ki, biz NATO ərazisinin bir qarışını da güzəştə getməyəcəyik19 May 2022, 16:01 (GMT +4) Bakı, 19 may, SalamNews. Polşa höküməti NATO-nun şərq cinahında daimi əsasda alyansın yüngül hissələrini yerləşdirmək üçün hərbi bazaların qurulmasının tərəfdarıdır.
SalamNews “TASS”a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski Polşa Beynəlxalq Münasibətlər İnstitutunun konfransında çıxış edərkən deyib.
“NATO-nun şərq cinahında yerləşən ölkələrdə daimi bazalar yaradılmalıdır. Polşa belə bazalar tikməyə hazırdır. Rusiya bilməlidir ki, biz NATO ərazisinin bir qarışını da qüzəştə getməyəcəyik", deyə Mateuş Moravetski bildirib.
|