Kuleba: Kiyevin “Aİ-yə namizəd statusu üçün surroqatlara” ehtiyacı yoxdur19 May 2022, 16:33 (GMT +4) Bakı, 19 may, SalamNews. Ukraynanın XİN rəhbəri Dmitri Kuleba bəzi Avropa ölkələrini Kiyevin Aİ-yə daxil olması məsələsində mövqeyini tənqid edib. Nazir bildirib ki, Ukraynanın namizəd statusu üçün surroqatlara ehtiyacı yoxdur.
SalamNews “TASS”a istinadən xəbər verir ki, Kuleba bunu “Twitter” səhifəsində yazıb.
“Ukraynanın Avropa perspektivinə dair son illərdə bəzi Aİ ölkələrində yaranan strateji qeyri-müəyyənlik uğursuzluğa düçar olub və sona çatmalıdır. Ukraynaya ikinci dərəcəli münasibət göstərən, ukraynalıların hisslərinə toxunan Aİ-yə namizəd statusu üçün surroqatlara ehtiyacımız yoxdur”, deyə Kuleba qeyd edib.
|