İran və Rusiya XİN rəhbərləri Ukrayna məsələsi və nüvə danışıqlarını müzakirə ediblər19 May 2022, 17:42 (GMT +4) Bakı, 19 may, SalamNews, B.Samid. İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
SalamNews RT-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, İran tərəfinin təşəbbüsü ilə bu gün baş tutan telefon danışığında tərəflər qarşılıqlı əlaqələri, nüvə sazişinə qayıtmağın istiqamətində aparılan Vyana danışıqlarının vəziyyətini və bir sıra regional məsələləri müzakirə ediblər.
Əlavə edilib ki, tərəflər arasında müzakirə edilən regional mövzulardan biri də Ukraynadakı proseslər haqda olub.
Qeyd edək ki, İran Ukraynada müharibəyə qarşı olduğunu bildirir, eyni zamanda vəziyyətin bu yerə gəlib çıxmasında Qərbi və NATO-nu günahlandırır.
|