Politico: G7 Ukraynanın maliyyə boşluğunu doldurmağa hazırdır19 May 2022, 17:24 (GMT +4) Bakı, 19 may, SalamNews. Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, G7 ölkələri Ukraynanın ərazisində Rusiyanın xüsusi əməliyyatının davam etməsi fonunda Ukraynanın qısamüddətli maliyyə ehtiyaclarını ödəyə bilər.
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Biz Ukrayna dövlətinin və xalqının özünü müdafiə etmək qabiliyyətinə görə məsuliyyət hiss edirik. Biz görürük ki, Ukrayna yaxın gələcəkdə milyardlarla avroya ehtiyac duyacaq. Düşünürəm ki, G7-nin görüşündə biz Ukraynaya qarşıdakı aylarda özünü qorumağa imkan verəcək maliyyə vəsaiti toplaya biləcəyik", deyə Lindner bildirib.
"Politico"nun məlumatına görə, Kiyevin maliyyə ehtiyacları təxminən 15 milyard avro həcmində qiymətləndirilir.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Ukraynaya bu vəsaitlər maaşları, pensiyaları ödəmək və ümumilikdə üç ay ərzində iqtisadiyyatı dəstəkləmək üçün lazımdır.
Almaniya Maliyyə nazirinin nəzərindən, Rusiya ilə qarşıdurmada Ukrayna tərəfi təkcə özünü deyil, həm də “Qərb dəyərləri”ni müdafiə edir, ona görə də G7 ölkələri Ukraynaya kömək etməlidir ki, dövlət fəaliyyətinə davam etsin.
|