Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

19 May 2022, 18:01 (GMT +4)

Bakı, 19 may, SalamNews. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan - Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

SalamNews-un məlumatına görə, Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.

Bakıda keçirilən forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Millət vəkili, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Türkiyədən və Azərbaycandan olan QHT nümayəndələri və media üzvləri iştirak ediblər.

Foruma açılış nitqi ilə başlayan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Azərbaycan – Türkiyə əlaqələrindən və forumun əhəmiyyətindən danışaraq bildirib ki, belə bir əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcəkdir. A.Əliyeva onuda qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur.

Çıxış edən digər natiqlər Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsi, nümayəndə heyətinin rəhbəri Ahmet Türköz , Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayilov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Millət vəkili Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər ki, 2022-ci il “Şuşa ili” çərçivəsində keçirilən Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı olacaq və bu sahənin daha da təkmiləşməsinə böyük töhvə verəcəkdir.

Forumun açılışından sonra Türkiyədən olan QHT-lərin öz sahələri üzrə təqdimatları keçirilib. İkinci paneli açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Toğrul Məmmədli panelin proqramı haqqında məlumat verib. Daha sonra SETA Xarici Siyasət araştırmacısı, Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfi (SETA) Mustafa Caner, ADEM İdarə Heyətinin rəhbərinin müavini, Qadın və Demokratiya Dərnəyi xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi xanım Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyəti İcraçı Direktor cənab Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Dr. İlyas Demirçi, Türkiyə Gənclik Vəqfi xanım Elif Habip çıxış edərək öz sahələri üzrə təqdimatlar ediblər.

Təqdimatlardan sonra hər iki ölkə QHT-ləri arasında sual-cavab formatında diskusiyya aparılıb.

Forumun yekunu olaraq bəyanat səslənərək, qəbul edilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyun 2022, 13:01 (GMT +4)
Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü olub

29 İyun 2022, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 İyun 2022, 12:41 (GMT +4)
“Varlığımızı qoruyanların sağlamlığını qorumaq borcumuzdur” adlı xeyriyyə aksiyası keçirilib (FOTO)

29 İyun 2022, 12:30 (GMT +4)
Susuz gənc Sudan səhrasında ölümündən öncəki anları lentə alıb (VİDEO)

29 İyun 2022, 12:23 (GMT +4)
Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanı BMT-dəki hüquqlarından məhrum etməyə çağırıb

29 İyun 2022, 12:11 (GMT +4)
Yük maşınını təmir etmək istəyən sürücü canından oldu (VİDEO)

29 İyun 2022, 12:01 (GMT +4)
Belçikanın baş naziri: NATO Zelenskiyə bildirib ki, münaqişə “yalnız döyüş meydanında” həll olunmalıdır

29 İyun 2022, 11:52 (GMT +4)
Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

29 İyun 2022, 11:43 (GMT +4)
Milli Məclis dövlət büdcəsinə dəyişiklikləri son oxunuşda qəbul edib

29 İyun 2022, 11:34 (GMT +4)
İordaniya İsraillə hərbi müttəfiqliklə bağlı xəbərlərə münasibət bildirib

29 İyun 2022, 11:22 (GMT +4)
Stoltenberq Putinə Rusiya sərhədlərində “daha ​​çox NATO” vəd edib

29 İyun 2022, 11:12 (GMT +4)
FHN: Bakıda yanğın olub, iki körpə ölüb

29 İyun 2022, 11:00 (GMT +4)
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb

29 İyun 2022, 10:50 (GMT +4)
İşğal altında olan Cenində yenidən qarşıdurma baş verib, fələstinlilərdən ölən və yaralananlar var

29 İyun 2022, 10:45 (GMT +4)
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib (VİDEO)

29 İyun 2022, 10:33 (GMT +4)
Bayden İsveç, Finlandiya və Türkiyəni NATO-ya üzvlük razılaşması münasibətilə təbrik edib

29 İyun 2022, 10:22 (GMT +4)
HƏMAS əsir götürdüyü israillilərdən birinin görüntülərini yayaraq qarşı tərəfə mesaj verib (VİDEO)

29 İyun 2022, 10:12 (GMT +4)
Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşıb

29 İyun 2022, 10:03 (GMT +4)
Prezident İlham Əliyev Türkmənistana səfər edib

29 İyun 2022, 09:54 (GMT +4)
Türkiyə, Finlandiya və İsveç arasında “Üçlü Memorandum” imzalanıb

29 İyun 2022, 09:46 (GMT +4)
İran prezidenti: Xəzər dənizi sahil ölkələrin müştərək mirası və sərmayəsidir

29 İyun 2022, 09:38 (GMT +4)
Şuşada yabanı halda bitmiş narkotik tərkibli bitkilər məhv edilib

29 İyun 2022, 09:28 (GMT +4)
FHN: Bakının mərkəzində baş verən yanğın söndürülüb

29 İyun 2022, 09:20 (GMT +4)
Güləşçimiz Avropa çempionatının finalına yüksəlib

29 İyun 2022, 09:18 (GMT +4)
DİN: Beyləqan sakinləri 5 kiloqramdan çox heroinlə tutulub

29 İyun 2022, 09:08 (GMT +4)
İran G7 ölkələrinin yekun bəyanatına etiraz edib

29 İyun 2022, 09:07 (GMT +4)
"Neftçi" yeni mövsümə tam heyətlə hazırlaşır

29 İyun 2022, 09:00 (GMT +4)
MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

29 İyun 2022, 08:57 (GMT +4)
İki güləşçimiz Avropa çempionu olub

29 İyun 2022, 08:15 (GMT +4)
Hicri-qəməri tarixi ilə bu gün İmam Məhəmməd Təqinin (ə) şəhid olan günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66