FHN: Astarada məktəbdə yanğın olub20 May 2022, 09:15 (GMT +4) Bakı, 20 may, SalamNews. Astarada məktəbdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|