“Azərbaycanfilm” Kinostudiyasında yanğın olub20 May 2022, 15:32 (GMT +4) Bakı, 20 may, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən SalamNews-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
|