Bayden: Lazım olsa, ABŞ Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır23 May 2022, 11:20 (GMT +4) Bakı, 23 may, SalamNews. Amerika Birləşmiş Ştatları, ehtiyac yaranacağı təqdirdə, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ lideri Co Bayden Yaponiyanın Baş naziri Fumio Kisida ilə Tokioda keçirilən danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
"Bəli, bu, üzərimizə götürdüyümüz öhdəlikdir", deyə Ağ ev rəhbəri müvafiq sualı cavablandırarkən bildirib.
Baydenin sözlərinə görə, ABŞ vahid Çin siyasəti ilə razılaşıb, lakin adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyası tamamilə qəbuledilməzdir.
"Bu, Ukraynada baş verənlərə bənzər növbəti hadisə olacaq", deyə ABŞ lideri əlavə edib.
|