İmişlidə avtomobil aşıb, ölən var23 May 2022, 11:34 (GMT +4) Bakı, 23 may, SalamNews. İmişli rayonunda avtomobil aşıb, ölən var.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 22-də saat 19 radələrində rayonun Xubyarlı kəndi ərazisində kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
|