Kisida: Yaponiya və ABŞ status-kvonun zorla dəyişdirilməsini qəbul etməyəcək23 May 2022, 11:41 (GMT +4) Bakı, 23 may, SalamNews. "Yaponiya və ABŞ harada olduğundan asılı olmayaraq dünya nizamını və status-kvonun güc yolu ilə dəyişdirmək cəhdlərinə dözməyəcəklər".
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ prezidenti Co Baydenlə Tokioda danışıqların yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə göə, Yaponiya və ABŞ höküməti Ukrayna ətrafındakı vəziyyətlə gərginləşən enerji və ərzaq problemlərinin həllində əməkdaşlıq edəcək.
Kisida bildirib ki, Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar energetika və ərzaqla bağlı vəziyyət kəskin şəkildə pisləşib.
|