Bakıda mənzildən 62 min dolar oğurlanıb23 May 2022, 11:27 (GMT +4) Bakı, 23 may, SalamNews. Bakıda mənzildən 62 min dolar oğurlanıb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 min ABŞ dollarının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Ramis Əhmədov və Bakı şəhər sakini Camal Sultan müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.
|