İran prezidenti Oman Sultanlığına rəsmi səfərə gedib23 May 2022, 12:33 (GMT +4) Bakı, 23 may, SalamNews, B.Samid. İran İslam Respublikasının prezidenti İbrahim Rəisi bu gün Oman Sultanlığının paytaxtı Masqata rəsmi səfərə yollanıb.
SalamNews İrib.ir-ə istinadən xəbər verir ki, Masqatda İran prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.
Daha sonra Oman Sultanlığının dövlət başçısı Heysəm bin Tariqlə İbrahim Rəisinin görüşü başlayıb.
Tərəflər qarşılıqlı əlaqələri və bir sıra region məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Oman Sultanlığı İranla Qərb arasında, eləcə də Yəmən münaqişəsilə bağlı vacitəçiliklər edib.
İran prezidentinin Oman Sultanlığına səfərində iki ölkə arasında qazın ixracı və nəqli ilə bağlı razılaşmanın əldə ediləcəyi gözlənilir.
|