Conson Zelenskiyə Ukrayna taxılının ixracı üçün imkanlar axtaracağına söz verib23 May 2022, 14:13 (GMT +4) Bakı, 23 may, SalamNews. Böyük Britaniya Ukraynanın ölkədə olan taxıl və digər ərzaq məhsullarını ixrac etmək imkanını təmin etməyə çalışacaq.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Boris Consonun Ukrayna prezidenti Volodimir Zelenski ilə danışığından sonra yayılan bəyanatda deyilir.
"Baş nazir Ukrayna əhalisini ehtiyac duyduqları ərzaq və humanitar yardımla təmin etmək, habelə Ukraynanın dünyanın digər ölkələrinə mal ixrac etmək imkanını təmin etmək üçün səyləri ikiqat artıracağını vəd edib", deyə Baş nazirin ofisində bildirilib.
Conson, həmçinin dünya birliyinin bütün üzvlərinin “Ukraynaya azadlıq mübarizəsində həm indi, həm də uzunmüddətli perspektivdə kömək etmələrinin” zəruriliyini vurğulayıb.
|