Polşanın Baş naziri Ukraynada sülhün “istənilən yolla” əldə edilməsinə qarşıdır23 May 2022, 13:52 (GMT +4) Bakı, 23 may, SalamNews. Polşanın Baş naziri Mateuş Moravetski İtaliyanın Ukraynadakı vəziyyəti həll etmək üçün sülh planına şübhə ilə yanaşıb.
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, o, sülhün "istənilən yolla" əldə olunmasının tərəfdarı deyil.
"Sülh bizim ümumi məqsədimizdir, lakin bu, "istənilən yolla" əldə olunan sülh olmamalıdır. Biz Rusiya Prezidenti Vladimir Putinin istifadə edə biləcəyi dialoqla razılaşa bilmərik", deyə Moravetski bildirib.
Polşanın baş nazirinin nöqteyi-nəzərindən, Rusiya ilə danışıqların heç bir uğur əldə etmək şansı olmadığı güman edilir, çünki bundan əvvəl dünya liderləri Rusiya lideri Vladimir Putinlə razılığa gələ bilməyiblər.
"Bir çox siyasətçilər Rusiya Prezidenti ilə danışıqlar aparmağa cəhd ediblər və bu, həmişə eyni şəkildə - alçalma ilə başa çatıb. Bəzi Qərb siyasətçiləri hələ də Rusiyanın sonda dayanacağını düşünürlər. Mənim bir məsləhətim var: illüziyalara ehtiyac yoxdur", deyə baş nazir əlavə edib.
|