ABŞ və Yaponiya Rusiyanın Ukraynadakı hərəkətlərini dünya nizamına çağırış hesab edir23 May 2022, 15:17 (GMT +4) Bakı, 23 may, SalamNews. ABŞ və Yaponiya hökumətləri hesab edirlər ki, Rusiyanın Ukraynadakı addımları hazırkı dövrdə dünya nizamına ən ciddi çağırışdır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Yaponiyanın baş naziri Fumio Kisida ilə ABŞ prezidenti Co Bayden arasında Tokioda keçirilən danışıqların yekunlarına dair yaydığı bəyanatda deyilir.
"Prezident Bayden və Baş nazir Kisida dünya nizamına qarşı ən ciddi çağırışın Rusiyanın Ukraynaya qarşı qəddar və əsassız təcavüzü olduğu fikrini bölüşüblər. Liderlər Rusiyanın hərəkətlərini pisləyib və Rusiyanın vəhşiliklərinə görə məsuliyyətə cəlb edilməsinə dair çağırış ediblər", deyə bəyanatda vurğulanır.
|