Çin Baydenin Tayvanı müdafiə etməyə hazır olmasına görə ABŞ-a etiraz edib23 May 2022, 14:41 (GMT +4) Bakı, 23 may, SalamNews. Çin ABŞ prezidenti Co Baydenin "lazım gələrsə Tayvanı hərbi yolla müdafiə etməyə hazırıq" açıqlaması ilə bağlı ABŞ-a kəskin etirazını bildirib.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin məlumat verib.
"Çin Amerika tərəfinin bəyanatından kəskin narazılığını və kəskin etirazını bildirir. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir", deyə Venbin bildirib.
|