Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şamaxıda türkdilli ölkələrin turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilir

23 May 2022, 15:09 (GMT +4)

Bakı, 21 may, SalamNews. Bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilir.

SalamNews bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin sabah keçiriləcək görüşü çərçivəsində baş tutub.

İclasın gündəliyinə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir.

İclasda BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı müzakirələr aparılır. Gündəliyə, həmçinin “Türk Dünyası Turizm Paytaxtı haqqında Əsasnamə”nin yekunlaşdırılması, “TDT-nin Turizm üzrə Yol Xəritəsi”nin tamamlanması və digər məsələlər daxil edilib.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri və turizm üzrə mütəxəssislər qatılıb. TDT-nin Baş Katibliyinin iştirakı ilə keçirilən iclasda üzv dövlətlər arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün birgə turizm məhsullarının yaradılması və təbliğat tədbirlərinin gücləndirilməsi məqsədilə məqsədilə görüləcək işlər barədə razılaşmalar əldə edilib.

İşçi qrupun iclasının gündəliyində müzakirə olunan “Türk Dünyası Turizm Paytaxtı” layihəsinə əsasən 2022-ci il üçün Şamaxı şəhəri “Türk Dünyası Turizm Paytaxtı” seçilməsi təklif olunub. İclasda, həmçinin TDT-nin Turizm üzrə İşçi Qrupunun 18-ci iclasının yerinin və tarixinin müəyyən edilməsi müzakirə edilib. İşçi qrupun görüşünün yekunu olaraq razılaşdırılmış protokol imzalanmaq üçün sabahkı görüşə təqdim ediləcək.

TDT-nin turizm üzrə işçi qrupu təşkilatın 2013-cü ildə dövlət başçılarının iştirakı ilə Qəbələdə keçirilən üçüncü Zirvə Görüşü çərçivəsində yaradılıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 İyul 2022, 17:04 (GMT +4)
Peskov kollektiv Qərbin hələ də siyasi iradəyə malik olduğuna ümid etdiyini bildirib

02 İyul 2022, 16:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 İyul 2022, 16:48 (GMT +4)
Zaxarova Latviyanın xarici işlər naziri Rinkeviçə “özünüzə yaraşıqlı kişi tapmağı” tövsiyə edib

02 İyul 2022, 16:38 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

02 İyul 2022, 16:35 (GMT +4)
Ərəb dövlətlərinin xarici işlər nazirləri Livanda bir araya gəliblər

02 İyul 2022, 16:27 (GMT +4)
MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

02 İyul 2022, 16:18 (GMT +4)
Quterreş Ukraynadakı münaqişənin iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini kölgədə qoyduğundan təəssüflənib

02 İyul 2022, 16:07 (GMT +4)
FHN: Bakıda yaşayış binasında yanğın başlayıb

02 İyul 2022, 15:58 (GMT +4)
Yaponiya Rusiya gəmilərinin Okinava bölgəsində keçidini qeydə alıb

02 İyul 2022, 15:47 (GMT +4)
Xidmət vaxtı ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb

02 İyul 2022, 15:37 (GMT +4)
İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

02 İyul 2022, 15:27 (GMT +4)
Senator Puşkov: Qərb dünyası Ukraynanın Almaniyadakı səfiri Melnikin aqressiv sözlərini udur

02 İyul 2022, 15:16 (GMT +4)
Vilayət Eyvazov: Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib

02 İyul 2022, 15:05 (GMT +4)
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

02 İyul 2022, 14:54 (GMT +4)
Şuşada Polis Günü qeyd edilib

02 İyul 2022, 14:44 (GMT +4)
Əfqanıstanın şimalında Taliban qüvvələrinin bir helikopteri qəzaya uğrayıb, ölənlər var

02 İyul 2022, 14:33 (GMT +4)
DİN: Bakıda bağ evindən 10 min avro oğurlanıb

02 İyul 2022, 14:25 (GMT +4)
Dövlət Duması Britaniyanı Ukrayna hesabına özünü təsdiq etməyə çalışmaqda ittiham edib

02 İyul 2022, 14:12 (GMT +4)
Bakıda memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə sökülür

02 İyul 2022, 14:00 (GMT +4)
The Washington Post: Bayden iqlim və neft hasilatı sahəsində seçkiqabağı kampaniya vədlərini pozur

02 İyul 2022, 13:47 (GMT +4)
Boris Conson Odessanın fəxri vətəndaşı olub

02 İyul 2022, 13:37 (GMT +4)
DİN: Sumqayıtda avtomobildən 1800 manat oğurlanıb

02 İyul 2022, 13:35 (GMT +4)
Əfqanıstanda məktəbdə partlayış törədilib, yaralı uşaqlar var

02 İyul 2022, 13:16 (GMT +4)
Azərbaycan və Hindistan ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır

02 İyul 2022, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

02 İyul 2022, 12:56 (GMT +4)
İran XİN rəhbəri: Dəməşqlə Ankara arasında barışıq üçün Suriyaya gedirəm

02 İyul 2022, 12:46 (GMT +4)
“Barselona”dan ayrılan futbolçu PSV-yə keçib

02 İyul 2022, 12:43 (GMT +4)
ABŞ Səfirliyinin Müstəqillik günü münasibətilə tədbir keçirilib

02 İyul 2022, 12:32 (GMT +4)
Rusiyada güclü zəlzələ baş verib

02 İyul 2022, 12:22 (GMT +4)
Kristof Qaltye PSJ-ni çalışdıracaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66