Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şuşa və Ağdama iyuna olan biletlər satışa çıxarılacaq

23 May 2022, 14:48 (GMT +4)

Bakı, 21 may, SalamNews. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər mayın 25-i, saat 11:00-da satışa çıxarılacaq.

SalamNews bu barədə DANX-a istinadən xəbər verir.

Xatırladaq ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada almaq olar.

"DANX bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.

Vətəndaşlardan qanunsuz bilet satışı halları ilə rastlaşdıqları halda bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə DANX-a məlumat vermələri xahiş olunur", - deyə qurum bəyan edib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 İyul 2022, 17:04 (GMT +4)
Peskov kollektiv Qərbin hələ də siyasi iradəyə malik olduğuna ümid etdiyini bildirib

02 İyul 2022, 16:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 İyul 2022, 16:48 (GMT +4)
Zaxarova Latviyanın xarici işlər naziri Rinkeviçə “özünüzə yaraşıqlı kişi tapmağı” tövsiyə edib

02 İyul 2022, 16:38 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

02 İyul 2022, 16:35 (GMT +4)
Ərəb dövlətlərinin xarici işlər nazirləri Livanda bir araya gəliblər

02 İyul 2022, 16:27 (GMT +4)
MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

02 İyul 2022, 16:18 (GMT +4)
Quterreş Ukraynadakı münaqişənin iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini kölgədə qoyduğundan təəssüflənib

02 İyul 2022, 16:07 (GMT +4)
FHN: Bakıda yaşayış binasında yanğın başlayıb

02 İyul 2022, 15:58 (GMT +4)
Yaponiya Rusiya gəmilərinin Okinava bölgəsində keçidini qeydə alıb

02 İyul 2022, 15:47 (GMT +4)
Xidmət vaxtı ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb

02 İyul 2022, 15:37 (GMT +4)
İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

02 İyul 2022, 15:27 (GMT +4)
Senator Puşkov: Qərb dünyası Ukraynanın Almaniyadakı səfiri Melnikin aqressiv sözlərini udur

02 İyul 2022, 15:16 (GMT +4)
Vilayət Eyvazov: Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib

02 İyul 2022, 15:05 (GMT +4)
Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

02 İyul 2022, 14:54 (GMT +4)
Şuşada Polis Günü qeyd edilib

02 İyul 2022, 14:44 (GMT +4)
Əfqanıstanın şimalında Taliban qüvvələrinin bir helikopteri qəzaya uğrayıb, ölənlər var

02 İyul 2022, 14:33 (GMT +4)
DİN: Bakıda bağ evindən 10 min avro oğurlanıb

02 İyul 2022, 14:25 (GMT +4)
Dövlət Duması Britaniyanı Ukrayna hesabına özünü təsdiq etməyə çalışmaqda ittiham edib

02 İyul 2022, 14:12 (GMT +4)
Bakıda memarlıq abidəsi üzərində tikilən üçüncü mərtəbə sökülür

02 İyul 2022, 14:00 (GMT +4)
The Washington Post: Bayden iqlim və neft hasilatı sahəsində seçkiqabağı kampaniya vədlərini pozur

02 İyul 2022, 13:47 (GMT +4)
Boris Conson Odessanın fəxri vətəndaşı olub

02 İyul 2022, 13:37 (GMT +4)
DİN: Sumqayıtda avtomobildən 1800 manat oğurlanıb

02 İyul 2022, 13:35 (GMT +4)
Əfqanıstanda məktəbdə partlayış törədilib, yaralı uşaqlar var

02 İyul 2022, 13:16 (GMT +4)
Azərbaycan və Hindistan ikiqat vergitutmanı aradan qaldırmağa hazırlaşır

02 İyul 2022, 13:06 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

02 İyul 2022, 12:56 (GMT +4)
İran XİN rəhbəri: Dəməşqlə Ankara arasında barışıq üçün Suriyaya gedirəm

02 İyul 2022, 12:46 (GMT +4)
“Barselona”dan ayrılan futbolçu PSV-yə keçib

02 İyul 2022, 12:43 (GMT +4)
ABŞ Səfirliyinin Müstəqillik günü münasibətilə tədbir keçirilib

02 İyul 2022, 12:32 (GMT +4)
Rusiyada güclü zəlzələ baş verib

02 İyul 2022, 12:22 (GMT +4)
Kristof Qaltye PSJ-ni çalışdıracaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66