Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazir: “Peyvənd bölgüsündə qeyri-bərabərlik pandemiyanın aradan qaldırılmasına çətinliklər yaradıb”

23 May 2022, 16:17 (GMT +4)

Bakı, 23 may, SalamNews. Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının “Sağlamlıq üçün sülh, sülh üçün sağlamlıq” mövzusuna həsr olunmuş 75-ci sessiyası davam edir. Sessiyanın ikinci günündə Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.

Nazirlikdən SalamNews-a verilən xəbərə görə, nazir bildirib ki, pandemiyanın başladığı dövrdən Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı çoxtərəflilik, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürüb.

Teymur Musayev COVID-19-a qarşı peyvəndlərin bölgüsündə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı qeyri-bərabərliyin pandemiyanın qısa zamanda tamamilə aradan qaldırılmasına nail olmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. Səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə effektiv addımların atılması üçün əsas səhiyyə xidmətlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Buraya müxtəlif tədbirlərlə yanaşı, səhiyyənin universal əlçatanlığının təmin edilməsi üçün fasiləsiz peyvəndləmə proqramlarının davam etdirilməsinin də daxil edilməli olduğunu əlavə edib.

Səhiyyə naziri vurğulayıb ki, Qoşulmama Hərəkatının üzv dövlətləri bu və digər mövzulara dair Təşkilatın sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüslərini alqışlayır.

Çıxışının sonunda Teymur Musayev post-COVID dövrü üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2022, 19:18 (GMT +4)
Ceyhun Bayramov İranın prezidenti ilə görüşüb (VIDEO)

04 İyul 2022, 17:58 (GMT +4)
Kamran Əliyev hakim vəzifəsinə təyin olunan prokurorluq əməkdaşlarını təltif edib

04 İyul 2022, 17:48 (GMT +4)
Roma Papası istefası ilə bağlı yayılan xəbərləri təkzib edib

04 İyul 2022, 17:40 (GMT +4)
Azərbaycanda universitet tələbəsi vəfat edib

04 İyul 2022, 17:35 (GMT +4)
Bloomberg: ABŞ səfiri Çindən "Rusiya təbliğatının yayımını" dayandırmağı tələb edib

04 İyul 2022, 17:27 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

04 İyul 2022, 17:18 (GMT +4)
"Qarabağ" həqiqətən çox yaxşı komandadı - "Lex"in baş məşqçisi

04 İyul 2022, 17:17 (GMT +4)
Lukaşenko ABŞ xalqını fikir ayrılıqlarını unutmağa dəvət edib

04 İyul 2022, 17:07 (GMT +4)
Prezident: Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik

04 İyul 2022, 17:00 (GMT +4)
Kuleba: Yaxın gələcəkdə ölkənin NATO-ya daxil olması üçün heç bir perspektiv yoxdur

04 İyul 2022, 16:59 (GMT +4)
"Zirə" nigeriyalı yarımmüdafiəçi ilə yolları ayırıb

04 İyul 2022, 16:57 (GMT +4)
Azərbaycanda son sutkada daha 17 nəfər koronavirusa yoluxub

04 İyul 2022, 16:50 (GMT +4)
İranın energetika naziri Azərbaycana səfər edəcək

04 İyul 2022, 16:49 (GMT +4)
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşulub

04 İyul 2022, 16:47 (GMT +4)
Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb

04 İyul 2022, 16:37 (GMT +4)
Çavuşoğlu: Türkiyə Ermənistanla konstruktiv dialoqa hazırdır

04 İyul 2022, 16:30 (GMT +4)
Bu gün Bakı metrosu yay qrafikinə keçir

04 İyul 2022, 16:20 (GMT +4)
Putin hərbçiləri “LXR”in azad edilməsi münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb

04 İyul 2022, 16:11 (GMT +4)
"Mançester Siti" İngiltərə millisinin üzvü ilə 48 milyon avroluq müqavilə imzalayıb

04 İyul 2022, 16:10 (GMT +4)
Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb

04 İyul 2022, 16:00 (GMT +4)
Bloomberg: Aİ Ukraynaya ölkəni bərpa etmək üçün 500 milyard avro təqdim edə bilər

04 İyul 2022, 15:50 (GMT +4)
Faktiki hava: Zaqatalanın kəndlərindən sel keçib

04 İyul 2022, 15:48 (GMT +4)
"Barselona" afrikalı futbolçu transfer edib

04 İyul 2022, 15:40 (GMT +4)
Türkiyə Rusiyanın Suriyadakı əməliyyatına cavab verməyəcəyini proqnozlaşdırıb

04 İyul 2022, 15:30 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb

04 İyul 2022, 15:20 (GMT +4)
Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

04 İyul 2022, 15:20 (GMT +4)
SANA: ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib 

04 İyul 2022, 15:12 (GMT +4)
AFFA "Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin etməyib

04 İyul 2022, 15:10 (GMT +4)
Reuters: Roma Papası Kanadaya səfərindən sonra Moskva və Kiyevə səfər etmək istədiyini deyib

04 İyul 2022, 15:00 (GMT +4)
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66