Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Zakir Həsənov "Qaraheybət"də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib (VİDEO)

24 May 2022, 10:24 (GMT +4)

Bakı, 24 may, SalamNews. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Qaraheybət" Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.

Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.

Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.

Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.

Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib.

Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.

Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2022, 15:32 (GMT +4)
Türkiyə Rusiyanın Suriyadakı əməliyyatına cavab verməyəcəyini proqnozlaşdırıb

04 İyul 2022, 15:30 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb

04 İyul 2022, 15:20 (GMT +4)
Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

04 İyul 2022, 15:20 (GMT +4)
SANA: ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib 

04 İyul 2022, 15:10 (GMT +4)
Reuters: Roma Papası Kanadaya səfərindən sonra Moskva və Kiyevə səfər etmək istədiyini deyib

04 İyul 2022, 15:00 (GMT +4)
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

04 İyul 2022, 14:50 (GMT +4)
Bakıda qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb

04 İyul 2022, 14:44 (GMT +4)
“Mançester Siti”nin hücumçusu “Arsenal”la anlaşıb

04 İyul 2022, 14:42 (GMT +4)
İran Azərbaycanla quru sərhəd keçidlərinin açılmasını istəyib

04 İyul 2022, 14:34 (GMT +4)
İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb

04 İyul 2022, 14:24 (GMT +4)
Qaraqalpaqıstanda iğtişaşlar zamanı 18 nəfər həlak olub

04 İyul 2022, 14:14 (GMT +4)
ASCO gəmilərdəki dezinfeksiya işlərinə 3,6 milyon manat xərcləyib

04 İyul 2022, 14:04 (GMT +4)
Volodin: NATO bazalarının yerləşdirilməsi Finlandiya və İsveçi qorumayacaq

04 İyul 2022, 14:03 (GMT +4)
Afrika Millətlər Kuboku təxirə salınıb

04 İyul 2022, 14:00 (GMT +4)
Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

04 İyul 2022, 13:49 (GMT +4)
Azərbaycanda polisə xəsarət yetirilməsi ilə bağlı ata və oğul saxlanılıb

04 İyul 2022, 13:47 (GMT +4)
Prezident İlham Əliyev İrana səfər edəcək

04 İyul 2022, 13:39 (GMT +4)
Baş nazir: İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə əməl edəcək

04 İyul 2022, 13:29 (GMT +4)
İran Çin bazarını əldən verməmək üçün bu ölkəyə satdığı neftin qiymətini 10 dollar aşağı salıb - KİV

04 İyul 2022, 13:18 (GMT +4)
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək

04 İyul 2022, 13:08 (GMT +4)
Şabranda narkotikə görə 2 qardaş saxlanılıb

04 İyul 2022, 12:58 (GMT +4)
Azərbaycan və Özbəkistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

04 İyul 2022, 12:49 (GMT +4)
"Neftçi" yeni transferilə müqavilənin müddətini açıqlayıb

04 İyul 2022, 12:48 (GMT +4)
Allahşükür Paşazadə bu gün Böyük Britaniyaya səfərə yola düşür

04 İyul 2022, 12:44 (GMT +4)
Ərəb Dövlətləri Liqası Liviyada siyasi böhranın davam etməsi barədə xəbərdarlıq edib

04 İyul 2022, 12:38 (GMT +4)
Çavuşoğlu: Türkiyə F-16 tədarükü ilə bağlı məsələnin müsbət həllinə ümid edir

04 İyul 2022, 12:30 (GMT +4)
"Sumqayıt" ilk legioner transferini reallaşdırıb

04 İyul 2022, 12:28 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

04 İyul 2022, 12:18 (GMT +4)
Aydınlık: Türkiyənin böyük şəhərlərində NATO-dan çıxmaqla bağlı kampaniyalar başlayıb

04 İyul 2022, 12:14 (GMT +4)
Prezident 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66