Zelenski: Prezidentin öldürüləcəyi təqdirdə Ukrayna hakimiyyətinin planı var24 May 2022, 11:48 (GMT +4) Bakı, 24 may, SalamNews. Ukraynada hakimiyyət prezidentə mümkün sui-qəsd ilə bağlı müxtəlif variantlar təqdim edib.
SalamNews "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident Volodimir Zelenski məlumat verib.
"Qanunvericiliyimizə görə, dövləti idarə edəcək şəxs var. Biz hazırlaşmışdıq və bölünmüşdük - mən, baş nazir və parlament rəhbəri. Biz parlamentli-prezident respublikasıyıq. Başa düşürdük ki, hər hansı itki olarsa, bu prosesə hazır olmaq lazımdır. Nazirlər Kabinetini iki yerə böldük ki, ölkə belə nəticələrdən də qoruna bilsin", deyə prezident bildirib.
Zelenski onun öldürüləcəyi təqdirdə hakimiyyətin nə edəcəyini açıqlamayıb, lakin belə bir təhlükənin mövcud olduğunu qeyd edib.
|