Ərdoğan: Yunanıstanın Baş naziri artıq mənim üçün mövcud deyil24 May 2022, 12:16 (GMT +4) Bakı, 24 may, SalamNews. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən sonra Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin onun üçün artıq mövcud olmadığını bildirib.
Bu barədə SalamNews "TASS"a istinadən xəbər verir.
"Biz, bütün tərəfdaşlarımıza izah etdik ki, Türkiyənin NATO-nun genişlənməsinə yanaşması antiterrorizm və müttəfiqlikdir. Yunanıstan indi bizə necə münasibət bəsləyir? "Fətullahçı"ların Avropaya gedən yolu indi Yunanıstandan keçmirmi? Biz onlarla danışmışıq, razılaşdıq ki, üçüncü ölkələr bizim danışıqlarımıza qarışmasın. Bundan sonra Mitsotakis ABŞ-ı Türkiyəyə F-16-ları satmamağa çağırıb. Artıq mənim üçün Mitsotakis adında kimsə kim yoxdur", deyə Ərdoğan bildirib.
|