Taliban Əfqanıstanda hava limanlarının idarə edilməsini Türkiyə və Qətərə verməkdən imtina edib24 May 2022, 12:57 (GMT +4) Bakı, 24 may, SalamNews, B.Samid. Taliban hökuməti bundan öncə Türkiyə və Qətərlə danışıqlar aparsa da hava limanlarının idarəçiliyini digər ölkəyə həvalə edib.
SalamNews bu barədə Taliban hökumətinin rəsmi xəbər agentliyi BakhtarNews-a istinadən xəbər verir.
Bildirilib ki, “Əfqanıstan İslam Əmirliyi”nin nümayəndələri ilə BƏƏ nümayəndə heyəti arasında aparılan danışıqlar nəticə verib.
Əlavə edilib ki, BƏƏ ilə “Əfqanıstan İslam Əmirliyi” arasında Əfqanıstandakı hava limanlarının idarə edilməsi və işlənilməsi ilə bağlı razılıq əldə edilib və razılaşma imzalanıb.
Qeyd edək ki, Taliban BƏƏ-nə həvalə edəcək hava limanlarının təhlükəsizliyini özü təmin edəcək.
|