Çempionlar Liqasının finalı üçün nəzərdə tutulan top təqdim edilib - (FOTO)24 May 2022, 13:55 (GMT +4) Bakı, 24 may, SalamNews, R.Nadirli. Çempionlar Liqasının final oyununun topu təqdim olunub.
SalamNews xəbər verir ki, bu barədə Avropa futbol qurumunun sosial şəbəkə hesablarında bildirilib.
Topda ulduzlar gümüşü rəngə boyanıb. Bundan başqa rus və ingilis dillərində "sülh" sözü yazılıb.
Mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda keçiriləcək final matçında "Real" və "Liverpul" üz-üzə gələcək.
|