Patruşev: Ukrayna müstəqil qalsaydı “nasist şər ruhlarını” ölkədən çoxdan qovardı24 May 2022, 14:40 (GMT +4) Bakı, 24 may, SalamNews. Ukrayna müstəqil ölkə olaraq qalsa və kənardan idarə olunmasaydı, “bütün nasist şər ruhlarını” öz torpaqlarından çoxdan qovardı.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumentı i faktı” həftəlik nəşrinə müsahibəsində deyib.
"Əgər Ukrayna müstəqil qalsaydı və hazırkı marionet rejim tərəfindən idarə olunmasaydı, o zaman bütün nasist şər ruhlarını öz torpaqlarından çoxdan qovardı", deyə Patruşev vurğulayıb.
Patruşevin sözlərinə görə, məhz Kiyev hakimiyyətinin NATO tərəfindən faktiki rəhbərliyi fəlakətli ssenariyə səbəb olub.
"Ukrayna Qərbə Rusiyaya qarşı alət, həm də köhnəlmiş silahların utilizasiyası üçün sınaq meydançası kimi lazımdır. ABŞ hərbi əməliyyatları gücləndirməklə, 20-ci əsrin müharibələrində olduğu kimi yenə də öz hərbi sənaye kompleksinə pul yatırır", deyə Təhlükəsizlik Şurasının katibi əlavə edib.
|