Türkiyə Şimali İraqda PKK üzvləri ilə atışmada 3 əsgərin öldürüldüyünü açıqlayıb24 May 2022, 16:18 (GMT +4) Bakı, 24 may, SalamNews. İraqın Şimalında PKK üzvləri ilə atışmada ən azı 3 türk əsgəri həlak olub.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Pençe-Kilit" əməliyyatı zonasında terrorçularla toqquşma nəticəsində 3 əsgərimiz şəhid olub, 4 əsgərimiz yaralanıb", deyə nazirlikdən bildirilib.
|