Pentaqon: Finlandiya və İsveçin üzvlük məsələsi Türkiyə ilə dialoqla həll oluna bilər24 May 2022, 15:40 (GMT +4) Bakı, 24 may, SalamNews. ABŞ əmindir ki, Ankara ilə birbaşa dialoqla Finlandiya və İsveç NATO-ya daxil olmaları ilə bağlı Türkiyənin narahatlığını həll edə biləcək.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks Norveçə səfəri zamanı deyib.
"Biz əminik ki, Finlandiya və İsveç Türkiyə ilə birbaşa dialoq yolu ilə [NATO-ya üzvlük] problemini həll edə biləcəklər”, deyə Hiks bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birbaşa əlaqə qurmaq niyyətindədirlər.
|