Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib24 May 2022, 14:48 (GMT +4) Bakı, 24 may, SalamNews. Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Prezident İlham Əliyevi təbrik məktubu ünvanlayıb.
SalamNews xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".
|