"Milan"ın baş məşqçisinə yeni medal veriləcək24 May 2022, 15:00 (GMT +4) Bakı, 24 may, SalamNews, R.Nadirli. İtaliya A Seriyasının çempionu olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalının oğurlanıb.
SalamNews xəbər verir ki, hadisə "Sassuolo" ilə səfər matçından (3:0) sonra baş verib. Yerli mətbuata açıqlama verən Pioli, medalını geri istəmişdi.
İtaliya A Seriyası rəhbərliyi mütəxəssisə yenidən medal verəcəyini açıqlayıb. Bu barədə yarışın tvitter hesabında məlumat yayılıb.
|