Prezident dövlət peşə təhsil müəssisələrində oxuyanlara təqaüdün verilməsinə dair qanunu təsdiqləyib24 May 2022, 15:47 (GMT +4) Bakı, 24 may, SalamNews. Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
SalamNews-un xəbərinə görə, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.
Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.
Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".
|