İlham Əliyev Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiqləyib25 May 2022, 16:04 (GMT +4) Bakı, 25 may, SalamNews. Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
SalamNews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
|