Şolts: Qərb Ukraynada “məcburi sülh”ü qəbul etməyəcək26 May 2022, 16:54 (GMT +4) Bakı, 26 may, SalamNews. Qərb başqasının şərtləri ilə Ukraynaya sülhün bərqərar olmasının əleyhinədir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
"Dünya indi dönüş nöqtəsindədir. Biz NATO-nu münaqişə tərəfinə çevirəcək addımlar atmayacağıq. Həmçinin, biz Rusiya Prezidenti Vladimir Putinə aydın şəkildə bildirməliyik ki, heç bir məcburi sülh olmayacaq, ukraynalılar bunu qəbul etməyəcək və biz də qəbul etməyəcəyik", deyə kansler bildirib.
|