Lukaşenko: Ukraynadakı vəziyyətin gərginləşməsi NATO-dan Minskə hərbi təzyiqə səbəb olacaq26 May 2022, 16:39 (GMT +4) Bakı, 26 may, SalamNews. "Ölkəyə hərbi təzyiq qonşu dövlətlərdə yerləşən NATO qoşunları, eləcə də Ukraynada gərginliyin artması səbəbindən olacaq".
SalamNews-un "TASS"a istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko mediaya açıqlaması zamanı bildirib.
"Bizə hərbi təzyiq Polşa, Litva, Latviya və orada yerləşən Şimali Atlantika blokunun qoşunları vasitəsilə, habelə Ukraynada hərbi əməliyyatların dəstəklənməsi səbəbindən olacaq", deyə Lukaşenko bildirib.
Belarus prezidenti həmçinin qeyd edib ki, mövcud vəziyyət Belarus qoşunlarının ölkəyə qarşı hərbi müdaxilələrə adekvat cavab verməyə hər an hazır olmasını tələb edir.
|