NATO baş katibi: Çin Qərbin kritik infrastrukturuna nəzarət etməyə çalışır26 May 2022, 17:48 (GMT +4) Bakı, 26 may, SalamNews. NATO-nun baş katibi Yens Stoltenberq iddia edib ki, Çin Qərbin mühüm infrastrukturuna nəzarət etməyə çalışır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, Stoltenberq bu barədə cümə axşamı İspaniyanın "La Vanguardia" qəzetinə müsahibəsində bildirib.
"Biz Çinin təhlükəsizliyimiz üçün vacib olan 5G şəbəkələri kimi kritik infrastruktura nəzarət etmək cəhdlərini görürük", deyə Stoltenberq bildirib.
Stoltenberq, həmçinin Rusiya ilə münasibətlərdən dərs çıxarmağa çağırıb.
|