Fələstinli hərəkatlar İraq Parlamentinin İsraillə bağlı qərarını alqışlayıblar27 May 2022, 12:17 (GMT +4) Bakı, 27 may, SalamNews, B.Samid. Fələstinli hərəkatlar İraq Parlamentində İsraillə əlaqələri qadağan edən qanun layihəsinin təsdiqlənməsini alqışlayıblar.
SalamNews xəbər verir ki, HƏMAS və “İslami Cihad” hərəkatları İraq Parlamentinin addımını alqışlayıblar.
HƏMAS digər ərəb və müsəlman dövlətlərini də İraq Parlamenti kimi addım atmağa çağırıb.
Eyni zamanda Livanın Hizbullah hərəkatı da İraq Parlamentinin bu addımını alqışlayıb və onu tarixi addım adlandırıb.
Mərkəzi qərargahı İstanbulda yerləşən “Parlament nümayəndələri Qüds naminə” beynəlxalq cəmiyyət də İraq Parlamentinin qəbul etdiyi qanun layihəsini alqışalyıb.
|