Rusiya XİN: ABŞ Ukraynada ərzaq böhranı yaradır28 May 2022, 15:44 (GMT +4) Bakı, 28 may, SalamNews.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, ABŞ Ukraynanı taxıl ehtiyatlarından məhrum etməklə, ölkədə ərzaq böhranı yaradır.
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, XİN rəsmisi bunu ərzaq təhlükəsizliyi ilə bağlı Rusiyaya qarşı ittihamları şərh edərkən deyib.
"ABŞ və Aİ 2,5 ay ərzində Ukraynadan 20 milyon ton taxıl ixrac etmək niyyətindədir. Güya qida böhranının qarşısını almaq üçün bu taxıl Afrika və Yaxın Şərq ölkələrinə daşınacaq, amma əslində Avropadakı anbarlara daşınır", deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin Ukraynadan taxıl ixracı imkanlarının axtarılmasının zəruriliyi ilə bağlı bəyanatı Ukraynaya Lend-Liz müqaviləsinin imzalanması ilə üst-üstə düşür.
Beləliklə, XİN nümayəndəsi hesab edir ki, Kiyev Amerika silahlarının tədarükünü buğda ilə ödəməli olacaq.
|