MN: Ermənistan mətbuatında yayılan məlumat dezinformasiyadır28 May 2022, 15:36 (GMT +4) Bakı, 28 may, SalamNews. "Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan növbəti dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir".
Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.
|