Rusiyada hərbi xidmət üçün yaş məhdudiyyəti ləğv edilib 28 May 2022, 15:20 (GMT +4) Bakı, 28 may, SalamNews. Rusiya prezidenti Vladimir Putin hərbi xidmət üçün ilk müqavilənin bağlanması üçün yaş həddini ləğv edən federal qanunu imzalayıb.
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Əvvəllər qanun nəzərdə tuturdu ki, ilk müqaviləni 18-40 yaşlı rusiyalılar və 18-30 yaş arası əcnəbilər bağlaya bilər.
Bundan sonra qanun həm əmək qabiliyyətli Rusiya vətəndaşları, həm də əcnəbilər üçün yaş məhdudiyyətini aradan qaldırır.
|