Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

Sabah Bakıda iki beynəlxalq sərgi işə başlayır

31 May 2022, 11:40 (GMT +4)

Bakı, 31 may, SalamNews. Sabahdan başlayaraq iyunun 3-nə qədər Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi - “Translogistica Caspian” и 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi - “Road&Traffic” keçiriləcək.

Bu barədə SalamNews-a sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətindən bildirilib.

Məlumata görə, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

“TransLogistica” dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır. Sərgi Azərbaycan və digər region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır. “TransLogistica” həm də yükdaşıma şirkətləri ilə yük sahibləri arasında görüşlərin keçirilməsi üçün işgüzar platforma olmaqla yanaşı, Xəzər və Qafqaz regionunda nəqliyyat-logistika xidmətlərinizin təşviqi baxımından da səmərəli vasitədir.

“Road&Traffic” isə Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. “Road&Traffic” sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə də görüşmək üçün nadir imkandır.

Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) göstərir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2022, 22:01 (GMT +4)
Salman Rüşdiyə sui-qəsd olub (VİDEO)

12 Avqust 2022, 18:00 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına müraciət edib

12 Avqust 2022, 17:50 (GMT +4)
Yaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib

12 Avqust 2022, 17:45 (GMT +4)
Prezident İlham Əliyev “Qisas” əməliyyatından danışıb: Cəza tədbiri idi

12 Avqust 2022, 17:40 (GMT +4)
Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib

12 Avqust 2022, 17:30 (GMT +4)
Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

12 Avqust 2022, 17:24 (GMT +4)
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak edib

12 Avqust 2022, 17:23 (GMT +4)
Avropa Rusiya və Türkiyədən paslanmayan poladda 5 il müddətinə gömrük rüsumları tətbiq etmək qərarına gəlib

12 Avqust 2022, 17:12 (GMT +4)
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

12 Avqust 2022, 17:00 (GMT +4)
Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

12 Avqust 2022, 17:00 (GMT +4)
Finlandiya prezidenti: Ukraynada baş verən hadisələr Avropa İttifaqının birliyinə təhlükə yaradır

12 Avqust 2022, 16:50 (GMT +4)
Onlayn yolla narkotik alan şəxs tutulub

12 Avqust 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

12 Avqust 2022, 16:38 (GMT +4)
Medvedyev: Kiyev hakimiyyəti «yeni Çernobıl» yaratmağa hazırlaşır

12 Avqust 2022, 16:33 (GMT +4)
Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

12 Avqust 2022, 16:23 (GMT +4)
İran kriptovalyutalardan qanuni istifadə hallarını açıqlayıb

12 Avqust 2022, 16:12 (GMT +4)
Prezident Dövlət Agentliyinə 3,2 milyon manat ayırıb

12 Avqust 2022, 16:00 (GMT +4)
Prezident: Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib

12 Avqust 2022, 15:48 (GMT +4)
Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

12 Avqust 2022, 15:41 (GMT +4)
Avropa Parlamenti Estoniyanın rusiyalılara viza verilməsinə qadağa qoymasını demensiyanın əlaməti adlandırıb

12 Avqust 2022, 15:40 (GMT +4)
Turan Əliyev ağır atletika üzrə Avropa birinciliyində 3 medal qazanıb

12 Avqust 2022, 15:36 (GMT +4)
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə hərbi təhlükəsizlik məsələlərini müzakirə edib

12 Avqust 2022, 15:24 (GMT +4)
Bu il Azərbaycanda 17,1 milyon tibbi maska istehsal edilib

12 Avqust 2022, 15:12 (GMT +4)
Talibanın yüksək rütbəli üzvünün qətlinə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşib

12 Avqust 2022, 15:05 (GMT +4)
FİFA DÇ-2022-nin başlama vaxtında dəyişiklik edib

12 Avqust 2022, 15:00 (GMT +4)
Energetika naziri Göyçayda vətəndaşları qəbul edəcək

12 Avqust 2022, 14:48 (GMT +4)
Bakının Əliəşrəf Əlizadə küçəsi təmir edilir

12 Avqust 2022, 14:36 (GMT +4)
Çin XİN Pelosiyə Əfqanıstan, İraq və Suriyaya səfər etməyi təklif edib

12 Avqust 2022, 14:25 (GMT +4)
Konfrans Liqası: Pley-offun bütün cütləri məlumdur

12 Avqust 2022, 14:24 (GMT +4)
Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66