İran borcun ödənilməməsinə görə İraqa qaz ixracını azaldıb01 İyun 2022, 14:04 (GMT +4) Bakı, 1 iyun, SalamNews, B.Samid. İran 1.7 milyard dollar borcun ödənilməməsinə görə İraqa ixrac edilən qazın miqdarını azaldıb.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Eneji Nazirliyi bəyanat verib.
Nazirlik ölkədə elektrik enerjisinin istehsalında yaranan gecikmələrin səbəbini açıqlayıb və qeyd edib ki, bu problem İrandan idxal edilən qazın azalması ilə bağlıdır.
Əlavə edilib ki, İraqın Tehrana sabiq borclarının ödənilməsinin gecikməsinə görə, İran qazın idxalını beş milyon kub metr azaldıb.
Məlumata görə bu borcun miqdarının 1.7 milyard dollar civarında olduğu bildirilir. İraq mənbələri bu borcun ödənilməsindəki problemləri ABŞ sanksiyaları ilə əlaqələndirirlər.
|