Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN: İraq və Suriyadan daha 13 nəfər ölkəyə qaytarılıb

02 İyun 2022, 15:42 (GMT +4)

Bakı, 2 iyun, SalamNews. Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SalamNews-a verilən məlumata görə, repatriasiya olunmuş şəxslərdən 11-i Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial- psixoloji dəstək işlərinə başlanıb.

Növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.

 

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır.

Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Avqust 2022, 18:51 (GMT +4)
Cüdoçumuz İslamiadada qızıl medala sahib olub

15 Avqust 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Tbilisi prospektində təmir işləri aparılır

15 Avqust 2022, 17:45 (GMT +4)
ƏƏSMN: ​​Son 4 ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

15 Avqust 2022, 17:33 (GMT +4)
“Qarabağ” FİFA-23-də yer ala bilər

15 Avqust 2022, 17:31 (GMT +4)
ABŞ qüvvələri 100-dən çox neftlə dolu maşını Suriyadan çıxarıblar

15 Avqust 2022, 17:30 (GMT +4)
“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib

15 Avqust 2022, 17:18 (GMT +4)
İslamiada: Azərbaycanın para-stolüstü tennis komandası üçüncü olub

15 Avqust 2022, 17:17 (GMT +4)
Şahdağ Milli Parkında yanğın başlayıb

15 Avqust 2022, 17:05 (GMT +4)
The Guardian: Qərb qışda Kiyevi kürəyindən bıçaqlaya bilər

15 Avqust 2022, 16:54 (GMT +4)
ETSN: "İsti və quraq hava şəraitində təbiət əraziləri yanğına daha həssasdır"

15 Avqust 2022, 16:53 (GMT +4)
İslamiada: Dadaş Dadaşbəyli gümüş medal qazanıb 

15 Avqust 2022, 16:46 (GMT +4)
Narendra Modi Hindistanın 25 ildən sonra inkişaf etmiş ölkə olacağına söz verib

15 Avqust 2022, 16:42 (GMT +4)
Taliban Əfqanıstanı nəzarətə götürməsinin birinci ildönümündə bəyanat verib: Heç kimə təhlükə yaratmırıq

15 Avqust 2022, 16:41 (GMT +4)
İşxan Verdyan: Mən casus və satqın deyiləm, Ermənistan qarşısında özümü günahkar hesab etmirəm (VİDEO)

15 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycan Premyer Liqası: 4-cü turun oyunlarının saatı məlum olub

15 Avqust 2022, 16:28 (GMT +4)
The Hill: Ağ Ev, aşağı reytinqlərə baxmayaraq, Baydenin ikinci müddətə namizəd olmaq planlarını açıqlayıb

15 Avqust 2022, 16:27 (GMT +4)
Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var

15 Avqust 2022, 16:15 (GMT +4)
Çin MN: Tayvan ətrafında hərbi təlimlər Taybey və Vaşinqtonun “sövdələşməsinə” cavab olaraq keçirilir

15 Avqust 2022, 16:12 (GMT +4)
Azərbaycan idmançısı İslamiadada finala yüksəlib

15 Avqust 2022, 16:09 (GMT +4)
Bakıda magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd edilib

15 Avqust 2022, 15:57 (GMT +4)
Volodin: Ukrayna maliyyə müstəqilliyini itirib

15 Avqust 2022, 15:50 (GMT +4)
Bakı sakininin 11 min manatı əlindən alınıb

15 Avqust 2022, 15:49 (GMT +4)
Binəqədidə yaşayış binasında yanğın olub

15 Avqust 2022, 15:37 (GMT +4)
Suriyada ABŞ-ın nəzarətində olan bazalara PUA-larla hücum edilib

15 Avqust 2022, 15:36 (GMT +4)
Kürdəmirdə narkotikin təsiri altında “Range Rover”i idarə edən şəxs saxlanılıb

15 Avqust 2022, 15:33 (GMT +4)
Millət vəkili "Turan Tovuz" üçün ianə kampaniyasına qoşulub

15 Avqust 2022, 15:24 (GMT +4)
MN: “Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

15 Avqust 2022, 15:12 (GMT +4)
Zaxarova: ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanısa, ölkələrin münasibətlərini unutmaq olar

15 Avqust 2022, 15:00 (GMT +4)
Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib

15 Avqust 2022, 14:49 (GMT +4)
Bakıda evlərdən 6 885 manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66