İran XİN İraqın şimalında Mossad obyektinin hədəfə alınmasına münasibət bildirib13 İyun 2022, 11:36 (GMT +4) Bakı, 13 iyun, SalamNews, B.Samid. “Bu haqda İraq tərəfə məlumat verilmişdi. İraqın şimalında endirilən zərbə kiçik bir əməliyyat olub ki, obyekt dəqiq hədəfə alınıb."
SalamNews Tasnim Agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
S. Xətibzadə bu gün keçirilən mətbuat konfransında İraq XİN rəhbərinin sözügedən hava zərbəsinə etirazına münasibət bildirib və qeyd edib ki, İraq tərəfi mövzu ilə bağlı lazım olduğundan da çox məlumat verilib.
O əlavə edib ki, “İraqın şimalında endirilən zərbə kiçik bir əməliyyat olub ki, obyekt dəqiq hədəfə alınıb.”
Qeyd edək ki, İran mənbələri ötən həftə Ərbildə ABŞ Konsulluğu yaxınlığında Mossad və onlara bağlı qüvvələrin olduğu obyektin hədəfə alındığını bildiriblər. Qeyri rəsmi KİV-lər burada Mossadın zabitlərindən birinin öldüyünü deyiblər.
|